Onun sözlərinə görə, indi işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" qurmaq üçün unikal imkan yaranıb:
"Ölkəmizdə həyata keçirilən maarifləndirmə tədbirləri dayanıqlı inkişafın hüquqi və sosial ölçülərinin gücləndirilməsinə xidmət edir. Sosial inklüzivliyi də nəzərdən qaçırmaq olmaz. Erkən xəbərdarlıq sistemləri və iqlimə dayanıqlı şəhər anlayışları elmi proqnozlaşdırma, qabaqcıl texnologiya və sosial inklüzivliyi birləşdirən yanaşmadır. Bu yanaşma iqtisadi itkilərin azaldılması, əhalinin həssas təbəqələrinin həyatının qorunması baxımından həyati əhəmiyyət daşıyır. Erkən xəbərdarlıq sistemlərinin genişləndirilməsi qadınların fəallığının artırılması və uşaqların qorunması baxımından da prioritetdir".
Hicran Hüseynova bildirib ki, dəqiq proqnozlaşdırma və risklərin müəyyən edilməsi, təhlükəsiz erkən xəbərdarlıq sistemlərinin tətbiqi vacibdir.
"İsti hava dalğaları, daşqınlar və quraqlıqlar bütün dünyanı təsir edir. Vaxtında xəbərdarlıq çox önəmlidir. "Ağıllı şəhər" texnologiyalarının tətbiqi hadisədən saatlar əvvəl tədbir görülməsinə imkan yaradır. İnsan mərkəzli xəbərdarlıq sistemlərinin qurulması vacibdir. Xəbərdarlıqlar sadə dildə, həssas qrupların xüsusiyyətləri nəzərə alınmaqla çatdırılmalıdır. Ekoloji maarifləndirmə və ekoloji mədəniyyət formalaşmalı, inklüziv şəhərsalma layihələrinə üstünlük verilməlidir. Monitorinqlər göstərir ki, fəlakət risklərinin müəyyən edilməsində ailədaxili maarifləndirmə də mühüm rol oynayır. Uşaqlar üçün təhlükəsiz şəhər mühitinin yaradılması və onların iqlim risklərinə hazırlanması qarşıda duran ən böyük vəzifələrdən biridir", - o əlavə edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий