Day.Az -ın məlumatına görə, araşdırmalar göstərir ki, xüsusilə emal olunmuş və yağlı qırmızı ətin tez-tez istehlakı insulin müqaviməti, çəki artımı və metabolik dəyişikliklərə səbəb ola bilər. Bu da zamanla 2-ci tip diabet riskini yüksəldə bilər. Məsələn, bəzi tədqiqatlarda gündə iki porsiya qırmızı ətin bu riski 60%-dən çox artırdığı bildirilir.

Mütəxəssislər bildirirlər ki, risk təkcə ətin özü ilə deyil, onun lifsiz qidalarla birlikdə (ağ çörək, kartof, şirin içkilər və s.) qəbul olunması ilə də bağlıdır. Daha balanslı qidalanma - tərəvəz, paxlalılar və tam taxıllarla zəngin menyu - bu təsirləri azalda bilər.