"Sərfəli, təhlükəsiz və keyfiyyətli mənzillə təminat müasir dünyanın əsas vəzifələrindən biridir. Sürətli urbanizasiya şəraitində məhz şəhərlər vətəndaşlar üçün layiqli yaşayış şəraitinin yaradılmasına görə əsas məsuliyyəti daşıyır", - deyə o bildirib.
Prezident qeyd edib ki, 2025-ci ildə Qırğızıstanda 1,8 milyon kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib, sektora yatırılan investisiyaların həcmi isə təxminən 2 milyard ABŞ dollarına çatıb.
O həmçinin bildirib ki, 2021-ci ildən dövlət mənzil siyasəti çərçivəsində 9 mindən çox ailə mənzillə təmin olunub, 2025-ci ildə isə 4,6 mindən artıq ailəyə yeni mənzillərin açarları təqdim olunub.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий