O bildirib ki, sürətli urbanizasiya şəhərləri iqtisadi imkanlar, innovasiya və mədəni mübadilə mərkəzinə çevirməklə yanaşı, eyni zamanda mənzil təminatı, iqlim riskləri, sosial bərabərsizliklər və infrastruktur ehtiyacları kimi ciddi çağırışlar da yaradır.
Nga Kor Ming vurğulayıb ki, xüsusilə həssas qruplar üçün əlverişli mənzilə çıxış bu günün ən aktual problemlərindən biridir. Onun sözlərinə görə, bu səbəbdən builki forumun "Housing the World: Safe and Resilient Cities and Communities" mövzusu xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, texnologiya məlumatı sürətlə yaysa da, icma quruculuğu üçün vacib olan etimad və müdrikliyi əvəz edə bilmir.
"Bu həftə ərzində müzakirələrimiz şəhərləri daha inklüziv və dayanıqlı etmək üçün praktik həllərə yönələcək. Biz mənzil siyasəti və maliyyələşmə sahəsində mühüm mübadilələr gözləyirik, lakin bu planların real nəticələrə çevrilməsini təmin etməliyik", - deyə o bildirib.
UN-Habitat Assambleyasının prezidenti əlavə edib ki, WUF13 dialoqdan real fəaliyyətə keçid üçün mühüm platformadır və Malayziya dayanıqlı şəhər inkişafı istiqamətində əməkdaşlığa sadiqdir.
O, həmçinin Bakıdakı forumun ölkələr və tərəfdaşlar arasında təcrübə mübadiləsi üçün vacib imkan yaratdığını vurğulayıb.
Nga Kor Ming çıxışının sonunda Azərbaycan atalar sözünə istinad edərək bildirib ki, "damla-damla göl olar, axa-axa çay olar" prinsipi birgə səylərin əhəmiyyətini ifadə edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий