- Президент Сербии Александр Вучич назвал Азербайджан настоящим другом.
- Вучич обсудил с президентом Азербайджана Ильхамом Алиевым новые направления сотрудничества.
- Открытие прямого авиарейса между Баку и Белградом способствует развитию отношений.
- Вучич призвал азербайджанских бизнесменов инвестировать в Сербию, особенно в розничную торговлю, спа-курорты и сельское хозяйство.
Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir.
Day.Az xəbər verir ki, bunu Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşü zamanı deyib.
Prezident ölkəsi ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin inkişafından danışıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün keçirilən görüşdə gələcək əməkdaşlıq üçün yeni istiqamətlər müzakirə olunub və danışıqlar məhsuldar keçib.
Aleksandar Vuçiç Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılmasının əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib. Onun sözlərinə görə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Prezident Azərbaycan və Serbiya turizm şirkətləri arasında əlaqələrin artırılmasının vacibliyini vurğulayıb.
Aleksandar Vuçiç Azərbaycan biznes nümayəndələrini Serbiyada yeni investisiya imkanlarını araşdırmağa çağırıb. O, xüsusilə pərakəndə ticarət, spa və dağ kurortları, eləcə də kənd təsərrüfatı məhsulları sahəsində əməkdaşlıq imkanlarının olduğunu bildirib.
Комментарии
Загрузка…
Оставить комментарий