- Заявление сделано на 13-й сессии Всемирного форума по урбанизации (WUF13) национальным координатором Анаром Гулиевым.
- Жилье рассматривается не только как социальная, но и как экономическая, климатическая и вопрос человеческого достоинства.
- Жилье напрямую влияет на доступ к образованию, здравоохранению и занятости.
- Необходимы комплексные решения, объединяющие инфраструктуру, транспорт, экологию и социальную сплоченность.
Mənzil məsələsi dayanıqlı inkişafın əsas mövzusudur.
Trend xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
"Mənzil təkcə sosial məsələ deyil. Bu, iqtisadi məsələdir, iqlim məsələsidir, inkişaf məsələsidir və nəticə etibarilə insan ləyaqəti məsələsidir", - deyə o bildirib.
Anar Quliyev vurğulayıb ki, mənzil birbaşa təhsilə, səhiyyəyə və məşğulluq imkanlarına çıxışa təsir göstərir.
Onun sözlərinə görə, şəhər əhalisinin artımı, iqlim riskləri və əlçatan mənzilin çatışmazlığı şəraitində infrastruktur, nəqliyyat, ekologiya və sosial həmrəyliyi birləşdirən kompleks həllərə ehtiyac var.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий