- Премьер-министр Армении Никол Пашинян заявил о необходимости ареста второго президента Роберта Кочаряна.
- Пашинян критикует судебную систему, называя ее 'олигархической' и требующей реформ.
- Он заявил, что все виновные будут арестованы, включая не только Кочаряна.
- Пашинян выступает за введение суда присяжных и проверку всех судей.
- Он считает, что без новой конституции невозможно принять решения по судебной реформе.
Paşinyan ölkədə məhkəmə sisteminin ciddi islahatlara ehtiyacı olduğunu bildirərək, ikinci prezident Robert Koçaryanın həbs edilməli olduğunu bəyan edib.
Onun sözlərinə görə, vətəndaşlar küçədə ondan Robert Koçaryanın niyə hələ də azadlıqda olduğunu soruşurlar.
"Hakimiyyət bölgüsü mövcuddur. Qanunverici və icra hakimiyyəti ədalət mühakiməsinin funksiyalarını öz üzərinə götürə bilməz. Yeni Konstitusiya olmadan bu qərarların qəbul ediləcəyini təsəvvür etmirəm. Andlılar məhkəməsi institutu tətbiq edilməlidir. Hazırkı bütün hakimlər etibarlılıq baxımından hərtərəfli yoxlamadan keçməlidirlər", - Paşinyan deyib.
Baş nazir qeyd edib ki, imkanlı şəxslər hazırkı ədliyyə sistemində öz problemlərini həll edə bilirlər.
Paşinyanın fikrincə, konstitusion tənzimləmələr səbəbindən ədalət mühakiməsi institutu dövlət idarəçiliyinin "ən uğursuz sahəsinə" çevrilib:
"Ermənistanda oliqarxik məhkəmə sistemi ola bilməz. Mən buna qarşı hər gün bütün vasitələrlə mübarizə aparacağam. Robert Koçaryan həbsdə olmalıdır. Bunu niyə deyirəm? Çünki xalq bunu mənə deyib və bu mandatı mənə verib".
O, vurğulayıb ki, söhbət yalnız Robert Koçaryandan getmir.
"Hamısı həbs olunacaq", - Paşinyan əlavə edib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий