"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.

"İran indicə bizə çöküş vəziyyətində olduqlarını bildirdi. Onlar bizdən Hörmüz boğazını ən qısa zamanda açmağımızı istəyirlər, çünki liderliklə bağlı vəziyyətlərini yoluna qoymağa çalışırlar (inanıram ki, onlar bunu bacaracaqlar!). Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!", - o bildirib.