Hazırda respublika üzrə bəzi ərazilərdə qar yağır. Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 21-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, ayrı-ayrı yerlərdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.