Day.Az -ın məlumatına görə, mütəxəssis bildirib ki, ilk beşliyi seleniumla zəngin Braziliya qozu tamamlayır. O, bu çərəzdən gün ərzində cəmi 1-2 ədəd istifadə etməyi tövsiyə edib, çünki seleniumun normadan artıq qəbulu sağlamlığa zərər verə bilər.
Həkim vurğulayıb ki, bütün çərəzlər yüksək kalorili məhsullardır. Buna görə də onların gündəlik qəbulu təxminən 25-30 qram, yəni bir ovucdan artıq olmamalıdır.