Day.Az Trend -ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, dövlət sərhədində yük nəqliyyat vasitələrinin sıxlığının yaranması ilə əlaqədar Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin rəhbərliyi arasında müzakirələr aparılıb.

Müzakirələr zamanı mövcud vəziyyət, sıxlığın aradan qaldırılması və yük nəqliyyat vasitələrinin sərhəddən keçidinin daha da sürətləndirilməsi məsələləri nəzərdən keçirilib.

Tərəflər sərhədkeçmə proseslərinin sürətləndirilməsi məqsədilə müvafiq zəruri tədbirlərin həyata keçirilməsini planlaşdırıblar.