Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Şirvan şəhərinin Bayramlı qəsəbəsinin, Sabirabad rayonunun bir hissəsinin, Saatlı və İmişli rayonlarının qaz təchizatında fasilə yaranacaq.