- В III группе специальностей по подгруппе DT 3110 человек набрали 500-600 баллов, по подгруппе TC - 415 человек.
- Право участвовать в конкурсе получили 20805 абитуриентов по подгруппе DT (общий балл не менее 200 и балл второго этапа не менее 100) и 24653 (общий балл не менее 150 и балл второго этапа не менее 50).
- По подгруппе TC право участвовать в конкурсе получили 7949 абитуриентов (общий балл не менее 200 и балл второго этапа не менее 100) и 11142 (общий балл не менее 150 и балл второго этапа не менее 50).
- На 2026/2027 учебный год для III группы специальностей предусмотрено 15553 места, из них 4140 - по госзаказу.
- По подгруппе DT выделено 13373 места (3920 - госзаказ), по подгруппе TC - 2180 мест (220 - госзаказ).
Day.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən imtahan nəticələrinə əsasən III ixtisas qrupunun DT altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 20 min 805, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 24 min 653 abituriyentin müsabiqədə iştirak hüququ əldə etdiyi bildirilib.
III ixtisas qrupunun TC altqrupu üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 7 min 949, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 11 min 142 abituriyent qəbul müsabiqəsində iştirak hüququ qazanıb.
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 848, rus bölməsi üzrə 1355, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2 min 350 yer olmaqla, ümumilikdə 15 min 553 yer nəzərdə tutulur. Həmin yerlərdən 4 min 140-ı dövlət sifarişi əsasındadır.
III ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə, DT altqrupu üzrə ümumilikdə 13 min 373 (o cümlədən Azərbaycan bölməsində 10 min 423, rus bölməsində 1135, hər iki bölmənin birgə müsabiqəsi üzrə 1815) yer ayrılıb. DT altqrupu üzrə dövlət sifarişi əsasında 3 min 920 plan yeri var.
TC altqrupu üzrə isə ümumilikdə 2 min 180 (o cümlədən Azərbaycan bölməsində 1425, rus bölməsində 220, hər iki bölmənin birgə müsabiqəsi üzrə 535) yer ayrılıb. TC altqrupu üzrə dövlət sifarişi əsasında 220 plan yeri mövcuddur.
Комментарии
Загрузка…
Оставить комментарий