Day.Az xəbər verir ki, bu müddətdən sonra fırçanın tüklərində ağız boşluğunda yaşayan streptokoklar və "Candida" göbələkləri toplana bilər.

Mütəxəssis respirator virus infeksiyası, COVID-19, herpes və ya faringit keçirən şəxslərə xəstəlikdən sonra diş fırçasını dəyişdirməyi tövsiyə edib. Bunun təkrar yoluxma riskinin azalmasına kömək edə biləcəyi bildirilib.

Safonov diş fırçasının şaquli vəziyyətdə, quru stəkanda saxlanılmasını məsləhət görüb. Onun sözlərinə görə, fırçanı qapalı və nəm mühitdə saxlamaq bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.