Day.Az xəbər verir ki, mütəxəssis böyüklərin ildə ən azı bir dəfə müayinədən, o cümlədən EKQ-dən keçməsinin, qanda şəkər və xolesterin səviyyəsini nəzarətdə saxlamasının vacibliyini vurğulayıb.

Sinədə ağrı, ağırlıq və ya yanma hissi yaranarsa, planlı müayinəni gözləmədən həkimə müraciət etmək lazımdır.

Kardioloq xroniki yuxusuzluqdan və hərəkətsizlikdən uzaq durmağı, kofein və energetik içkilərdən həddən artıq istifadə etməməyi, virus infeksiyalarını ayaqüstə keçirməməyi tövsiyə edib. O, həmçinin sinə ağrısını ağrıkəsici ilə ört-basdır etməyin təhlükəli olduğunu bildirib.