- Yevlax rayonunda 'MERCEDES' markalı yük avtomobili idarəetməni itirərək elektrik dirəyinə çırpılıb.
- Sürücü, 1961-ci il təvəllüdlü Tağıyev Aqil Müzəffər oğlu, deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
- FHN-in Aran Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib və sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
- Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Day.Az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "MERCEDES" markalı yük avtomobilinin idarəetməni itirərək elektrik dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1961-ci il təvəllüdlü Tağıyev Aqil Müzəffər oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Комментарии
Загрузка…
Оставить комментарий