- Tovuz rayonunun Düz Cırdaxan kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
- Ford markalı yük avtomobili idarəetməni itirərək elektrik dirəyinə və ağaca çırpılıb.
- Sürücü, 25 yaşlı Fərid Tağıyev, hadisə yerində ölüb.
- Elektrik dirəyi aşıb və kəndin bir hissəsində elektrik enerjisi müvəqqəti dayandırılıb.
- Xilasedicilər meyiti deformasiyaya uğramış avtomobildən çıxarıblar.
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az APA -ya istinadən bildirir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan "Ford" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarındakı elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb.
Güclü zərbə nəticəsində avtomobil ciddi şəkildə deformasiyaya uğrayıb.
Hadisə zamanı avtomobilin sürücüsü, Düz Cırdaxan kənd sakini, 25 yaşlı Fərid Tağıyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Qəza nəticəsində elektrik dirəyi də aşıb. Bu səbəbdən kəndin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün meyitini xüsusi avadanlıqların köməyi ilə çıxarıblar.
Meyit müvafiq araşdırmaların aparılması üçün Tovuz Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri və hadisənin hansı şəraitdə baş verdiyi araşdırma nəticəsində müəyyənləşdiriləcək.
Комментарии
Загрузка…
Оставить комментарий