Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət avqustun 14-ü saat 08:00-dan etibarən tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq.

Nəqliyyat vasitələrinin hərəkəti aşağıdakı küçələrin müəyyən hissələrində məhdudlaşdırılacaq:

• Həsən Abdullayev küçəsi - Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək;

• Rostropoviçlər küçəsi - Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək;

• Nizami küçəsi - Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək;

• Səid Rüstəmov küçəsi - Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək;

• Əhməd Cavad küçəsi - Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək;

• Lermontov küçəsi - Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək;

• Həsən Seyidbəyli küçəsi - Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək;

• İlqar İsmayılov küçəsi - Nəcəf bəy Vəzirov küçəsindən Zivər bəy Əhmədbəyov küçəsinədək.

Sürücülərdən hərəkətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.