Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Day.Az -a bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çamadanına gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı çamadandan gömrük orqanına bəyan edilməyən müxtəlif parametrlərə malik ümumilikdə, 17 ədəd "Iphone" markalı mobil telefon, müxtəlif markalı mobil telefonlara aid 190 ədəd ekran və aksesuarlar aşkar olunub.