- В январе-июне 2025 года Азербайджан экспортировал в Португалию 395 тыс. тонн сырой нефти и нефтепродуктов на сумму 222 млн долларов США.
- По сравнению с аналогичным периодом 2024 года экспорт в Португалию снизился на 28,5% в стоимостном выражении и на 31,4% в физическом объеме.
- В январе-июне 2024 года экспорт в Португалию составлял 576 тыс. тонн на сумму 310,4 млн долларов США.
- Общий экспорт нефти и нефтепродуктов из Азербайджана в январе-июне 2025 года составил 10,125 млн тонн на сумму 6,231 млрд долларов США.
- Основным импортером азербайджанской нефти в январе-июне 2025 года была Италия (5,915 млн тонн на 3,495 млрд долларов США).
Day.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi Azərbaycanın xarici ticarət gömrük statistikasına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycandan Portuqaliyaya 222 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış 395 min ton xam neft və neft məhsulları ixrac edilib.
Trend -in həmin statistika əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 88,4 milyon ABŞ dolları və ya 28,5 faiz, fiziki həcm baxımından isə 181 min ton və ya 31,4 faiz azdır.
Komitənin məlumatına əsasən, ötən ilin yanvar-iyun aylarında Azərbaycandan Portuqaliyaya 576 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub. Həmin ixracın dəyəri 310,4 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycandan dünyanın digər ölkələrinə ümumilikdə 6,231 milyard ABŞ dolları dəyərində 10,125 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.
Trend -in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8 faiz, fiziki həcm baxımından isə 1,921 milyon ton və ya 15,9 faiz azalıb.
Komitənin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycan neftinin əsas idxalçıları arasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 5,915 milyon ton neft və neft məhsulları 3,495 milyard ABŞ dolları dəyərində ixrac edilib. Sonrakı yerlərdə Çexiya (705,8 min ton, 497,4 milyon ABŞ dolları) və Bolqarıstan (358,8 min ton, 253,1 milyon ABŞ dollarından çox) qərarlaşıb.
Комментарии
Загрузка…
Оставить комментарий