- Объявлен конкурс на финансирование частных детских садов на основе сотрудничества родитель-государство-частный сектор.
- Прием документов от частных дошкольных учреждений пройдет с 5 по 20 августа 2026 года через сайт https://anket.edu.az/user/364.
- В рамках конкурса планируется финансирование обучения 8000 детей в частных дошкольных учреждениях в 2026/2027 учебном году.
- Конкурс проводится во исполнение решения Кабинета Министров № 218 от 17 июля 2026 года.
- Участвовать могут частные образовательные учреждения, имеющие лицензию на дошкольное образование.
Bildirilib ki, Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli qərarının icrası ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi elan edilir.
"Müsabiqənin əsas məqsədi 2026/2027-ci tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir.
Müsabiqədə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri iddiaçı qismində iştirak etmək hüququna malikdirlər.
Müsabiqəyə qoşulmaq istəyən özəl məktəbəqədər təhsil müəssisələrinin sənəd qəbulu 5 avqust 2026-ci il tarixindən başlayaraq 20 avqust 2026-cı il tarixi də daxil olmaqla https://anket.edu.az/user/364 saytı vasitəsilə həyata keçiriləcək.
Müsabiqənin keçirilmə qaydası, iştirak üçün tələb edilən sənədlər, müsabiqəyə təqdim olunacaq layihə təkliflərinə dair tələblər, layihə təkliflərinin qiymətləndirilməsi, müsabiqə qaliblərinin seçilməsi meyarları barədə məlumatları əks etdirən şərtlər toplusu ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, müsabiqə çərçivəsində 2026/2027-ci tədris ili ərzində özəl məktəbəqədər təhsil müəssisələrində 8000 təhsilalanın maliyyələşdirilməsi nəzərdə tutulur. Şərtlər toplusu
Комментарии
Загрузка…
Оставить комментарий