- Кабинет министров Азербайджана обновил правила создания и ведения единого банка данных о случаях домашнего насилия.
- Банк данных будет обеспечивать координацию деятельности государственных органов, систематический сбор, анализ и оперативный обмен информацией.
- Владельцем и оператором банка данных станет Государственный комитет по проблемам семьи, женщин и детей.
- Участниками банка данных будут Генеральная прокуратура, МВД, Министерство юстиции, Министерство труда и социальной защиты населения, Министерство здравоохранения, Министерство науки и образования, местные органы исполнительной власти и аккредитованные центры помощи.
- Банк данных будет интегрирован с другими государственными информационными системами, обмен данными будет осуществляться в реальном времени, резервные копии будут храниться в 'Правительственном облаке'.
Qaydalara əsasən, məlumat bankı rəqəmsal texnologiyalar vasitəsilə dövlət orqanlarının məişət zorakılığı halları üzrə fəaliyyətinin əlaqələndirilməsini, məlumatların sistemli şəkildə toplanmasını, təhlilini və operativ mübadiləsini təmin edəcək. Məlumat bankının sahibi və operatoru Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olacaq.
Məlumat bankının iştirakçıları sırasında Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları və akkreditə olunmuş yardım mərkəzləri yer alacaq.
Yeni qaydalara əsasən, məlumat bankına məişət zorakılığı ilə bağlı müraciətlər, zərərçəkmiş və zorakılığı törədən şəxslər barədə məlumatlar, hadisənin vaxtı, yeri, məzmunu və forması, qəbul edilən qərarlar, qısamüddətli və uzunmüddətli mühafizə orderləri, məhkəmə qərarları, hüquqi, tibbi, psixoloji və sosial yardımla bağlı məlumatlar daxil ediləcək. Bundan başqa, yardım mərkəzlərinin fəaliyyəti və həmin mərkəzlərə müraciət edən şəxslərlə bağlı məlumatlar da sistemdə toplanacaq.
Qaydalara əsasən, məlumat bankı digər dövlət informasiya sistemləri ilə inteqrasiya olunacaq, məlumatlar real vaxt rejimində mübadilə ediləcək. Toplanılan məlumatların ehtiyat nüsxələri isə "Hökumət buludu"nda saxlanılacaq.
Sənədə əsasən, istifadəçilər Elektron Hökumət İnformasiya Sisteminin "Vahid Giriş" altsistemi vasitəsilə məlumat bankından istifadə edə, qanunla müəyyən edilmiş hallarda özləri barədə məlumatlarla tanış ola, onların dəqiqləşdirilməsi üçün müraciət göndərə biləcəklər.
Комментарии
Загрузка…
Оставить комментарий