Day.Az xəbər verir ki, xüsusilə quru və ya atopik dəriyə sahib şəxslərdə bu əlamətlər daha qabarıq şəkildə özünü göstərir.

Mütəxəssislərin sözlərinə görə, hovuza girməzdən əvvəl dəriyə vazelin tərkibli nəmləndirici krem çəkmək qoruyucu təbəqə yaradaraq xlorun təsirini müəyyən qədər azalda bilər. Bu üsul dərinin nəm balansını saxlamağa kömək edir və qıcıqlanma riskini aşağı salır.

Hovuzdan çıxdıqdan sonra isə dəridə qalan xlorun tam təmizlənməsi üçün ən azı 10 dəqiqə duş qəbul etmək tövsiyə olunur. Daha sonra tərkibində keramidlər, lipidlər, pantenol, allantoin, E vitamini və təbii yağlar olan nəmləndirici vasitələrdən istifadə etmək dərinin lipid balansının bərpasına və sağlam görünüşünü qorumasına kömək edir.