- Министерство труда и социальной защиты населения Азербайджана внедрило новую функциональность в подсистеме 'Труд и занятость' (ƏMAS)
- Новая функция позволяет работодателям оформлять командировочные удостоверения в электронном виде
- Цель нововведения - упрощение документооборота, снижение административной нагрузки и повышение оперативности процессов
Day.Az xəbər verir ki, ƏƏSMN-nin rəsmi saytında yer alan məlumata görə, ƏMAS-da yeni yaradılan "Ezamiyyə vəsiqələri" bölməsi vasitəsilə artıq işəgötürənlər əməkdaşların ezamiyyələrinin rəsmiləşdirilməsi prosesini tam elektron qaydada həyata keçirə biləcəklər.
"Bu yenilik sənədləşmə prosesini sadələşdirməklə məlumatların vahid elektron mühitdə təhlükəsiz saxlanılmasını təmin edir və proseslərin daha operativ icrasına şərait yaradır", - məlumatda bildirilir.
Qeyd edilib ki, yeni funksionallıq, eyni zamanda, işəgötürənlərin inzibati yükünün azaldılmasına, sənəd dövriyyəsi sürətləndirilməsinə və əmək münasibətlərinin rəqəmsal idarə olunmasının daha da təkmilləşdirilməsinə xidmət edir.
Комментарии
Загрузка…
Оставить комментарий