- США нанесли удары по иранскому городу Вейсиян на западе Ирана.
- Удары также затронули Бендер-Аббас, остров Кешм, Ахваз, Бушир, Бендер-Хомейни, Бендер-Ленге, Чабахар и аэропорт Ираншехр.
- Президент США Дональд Трамп 8 июля объявил о нарушении перемирия и отдал приказ о новых ударах.
- Иран в ответ атаковал военные объекты США в Персидском заливе ракетами и беспилотниками.
- Торговое судоходство в Ормузском проливе практически парализовано.
Day.Az xəbər verir ki, hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Cümə axşamı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı növbəti silsilə zərbələrin endirildiyini bildirib.
İran KİV-i Bəndər-Abbas və Keşm adası yaxınlığında partlayışların baş verdiyini xəbər verib. Hücumlara həmçinin Əhvaz, Buşehr, Bəndər-Xomeyni, Bəndər-Lenge, Veysiyan, Çabahar və İranşəhr hava limanı da məruz qalıb.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
Комментарии
Загрузка…
Оставить комментарий