ABŞ Silahlı Qüvvələri İran ərazisinə qarşı yeni zərbələr dalğasına başlayıb.

Day.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilir.

"Bu gün Şərq vaxtı (ET) ilə saat 06:00-da ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana qarşı silsilə zərbələr endirməyə başlayıb", - deyə CENTCOM bildirib.

Bəyanata görə, əməliyyatın məqsədi ABŞ komandanlığının iddiasına əsasən, Hörmüz boğazında kommersiya gəmilərinə hücumlar üçün istifadə edilən İranın hərbi potensialını daha da zəiflətməkdir.

CENTCOM əməliyyatın gedişi, miqyası və mümkün nəticələri ilə bağlı hələlik əlavə məlumat verməyib.