Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, kənd evlərinin günlük kirayəsi 50-80 manatdan, otellərdə gecələmə isə 90 manatdan başlayır.

Rieltorların sözlərinə görə, xüsusilə hovuzlu bağ evləri və kotteclərə maraq yüksəkdir. Mütəxəssislər qiymət artımını mövsümi tələbatın yüksəlməsi, kommunal xərclərin bahalaşması və turizm sektorunda xərclərin artması ilə əlaqələndirirlər. Onların fikrincə, qiymətlər əsasən həftəsonları və yay aylarında daha çox yüksəlir.