- IV Шушинский глобальный медиафорум прошел 13-14 июля под девизом 'Миссия медиа в продвижении мира: восстановление правды и доверия'.
- Форум собрал руководителей СМИ, журналистов, экспертов и представителей международных организаций из разных стран.
- Форум служит платформой для демонстрации постконфликтного восстановления Карабаха, включая проекты 'умный город' и 'умное село'.
- Иностранные журналисты посетили Шушу, Ханкенди, Агдам, Физули для ознакомления с восстановительными работами.
- Форум способствует разоблачению вандализма Армении в период оккупации и представлению масштабов восстановления Азербайджана.
Day.Az xəbər verir ki, bu fikirləri Trend -ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, iyulun 13-14-də keçirilən IV Şuşa Qlobal Media Forumu
"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması"
mövzusuna həsr olunub:
"Forum dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək qlobal informasiya məkanında aktual çağırışların müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Lakin forumun əhəmiyyəti yalnız peşəkar media müzakirələri ilə məhdudlaşmır. Bu platforma Azərbaycanın informasiya diplomatiyasının mühüm istiqamətlərindən birinə çevrilərək ölkənin müasir inkişafını, postmünaqişə reallıqlarını və Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa prosesini beynəlxalq auditoriyaya birbaşa təqdim etmək imkanı yaradır".
Millət vəkilinin sözlərinə görə, uzun illər ərzində Qarabağ münaqişəsi barədə beynəlxalq informasiya məkanında müxtəlif yanaşmalar formalaşıb:
"Şuşa Qlobal Media Forumunun əsas üstünlüklərindən biri isə dünyanın müxtəlif ölkələrindən gəlmiş media nümayəndələrinin Qarabağa səfər etməsi, bölgədə baş verən dəyişikliklərlə yerində tanış olmasıdır. Xarici jurnalistlər Şuşa, Xankəndi, Ağdam, Füzuli və digər yaşayış məntəqələrində aparılan bərpa işlərini, yaradılan yeni infrastrukturu və Böyük Qayıdış proqramının nəticələrini öz gözləri ilə görürlər.
Qarabağa təşkil olunan səfərlər Ermənistanın uzun illər davam etmiş işğal siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Dağıdılmış şəhərlər və kəndlər, məhv edilmiş tarixi, dini və mədəni irs nümunələri, talan olunmuş yaşayış məntəqələri işğal dövründə törədilmiş vandalizmin miqyasını açıq şəkildə nümayiş etdirir. Xarici jurnalistlər bu mənzərəni birbaşa müşahidə edərək onu dünya ictimaiyyətinə çatdırırlar. Forum iştirakçıları eyni zamanda Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma proqramının miqyası ilə yaxından tanış olurlar. Müasir yollar, hava limanları, sosial infrastruktur, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, yaşıl enerji təşəbbüsləri və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı postmünaqişə inkişafının yeni modelini formalaşdırır",- deyən Sevinc Fətəliyeva qeyd edib ki, artıq dördüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu göstərir ki, Şuşa beynəlxalq media dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Burada medianın sülhün təşviqində rolu, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal təhlükəsizlik və informasiya etibarlılığı kimi qlobal mövzular müzakirə olunur".
"IV Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya diplomatiyasının mühüm aləti kimi çıxış edir. Forum vasitəsilə Qarabağ həqiqətləri, Böyük Qayıdış proqramının nəticələri, bərpa-quruculuq işlərinin miqyası və işğal dövründə törədilmiş vandalizm beynəlxalq auditoriyaya birbaşa çatdırılır. Bu isə Azərbaycanın postmünaqişə reallıqlarının obyektiv təqdim olunmasına, beynəlxalq ictimai rəyin faktlar əsasında formalaşmasına və regionda davamlı sülhə xidmət edən etimad mühitinin möhkəmlənməsinə mühüm töhfə verir", - deyə deputat vurğulayıb.
Комментарии
Загрузка…
Оставить комментарий