- В Нью-Йорке сильные ливни вызвали масштабные наводнения, особенно в Бруклине и Квинсе.
- Наводнения привели к затоплению улиц, серьезным проблемам с транспортом и падению множества деревьев.
- В аэропортах Нью-Йорка и Нью-Джерси отложены сотни авиарейсов.
- Мэр Нью-Йорка Зохран Мамдани предупреждал жителей о возможных последствиях непогоды.
- Экстремальные погодные явления участились в мире на фоне изменения климата.
Day.Az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.
Nyu-Yorkda leysan yağışları genişmiqyaslı fəsadlara səbəb olub, ən çox zərər çəkən ərazilər Bruklin və Kvins rayonlarıdır.
Yerli KİV-in məlumatına görə, güclü leysan yağışları küçələrin su altında qalmasına, nəqliyyatın hərəkətində ciddi problemlərin yaranmasına və çoxsaylı ağacların aşmasına səbəb olub. Şəhər xidmətləri təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirir.
Bruklində intensiv yağıntılar nəticəsində yollar su altında qalıb ki, bu da nəqliyyatın hərəkətində fasilələrə və tıxaclara yol açıb. Kvinsdə isə fırtına onlarla ağacı kökündən çıxarıb. Rayon sakinlərinin əksəriyyəti ciddi daşqından xilas olsa da, hazırda aşmış ağacların təmizlənməsi və əlverişsiz hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması ilə məşğuldur.
Bundan əvvəl bazar günü Nyu-York meri Zöhran Mamdani şəhər sakinlərinə videomüraciət edərək, əlverişsiz hava şəraitinin mümkün fəsadları barədə xəbərdar etmişdi.
Nyu-York və Nyu-Cersi aeroportlarında artıq yüzlərlə aviareys təxirə salınıb.
Qeyd edək ki, son aylarda dünyanın müxtəlif bölgələrində ekstremal hava hadisələrinin sayı artmaqdadır. Türkiyə, İtaliya, Fransa, İspaniya və digər Avropa ölkələrində baş verən güclü leysanlar və daşqınlar yaşayış məntəqələrini su altında qoyub, infrastrukturun zədələnməsinə, nəqliyyatın iflic olmasına və insan tələfatına səbəb olub. Mütəxəssislər bu cür hadisələrin iqlim dəyişikliyi fonunda daha müntəzəm və daha intensiv şəkildə müşahidə olunduğunu bildirirlər.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий