Day.Az xəbər verir ki, 5 ballıq maqnit qasırğası güclü hesab edilməsə də bəzi insanlarda baş ağrısı, halsızlıq, yuxululuq, qan təzyiqində dəyişiklik, diqqətin azalması və əsəbilik kimi əlamətlər yarada bilər.

Xüsusilə ürək-damar xəstəlikləri olanlar, yaşlılar və meteohəssas şəxslərə ehtiyatlı olmaları tövsiyə edilir.

Mütəxəssislər bu günlərdə kifayət qədər su içməyi, normal yuxu rejimini qorumağı, ağır fiziki yüklənmədən, spirtli içkilərdən və enerji içkilərindən uzaq durmağı məsləhət görürlər. Açıq havada gəzinti və yüngül fiziki aktivlik isə özünüzü daha yaxşı hiss etməyə kömək edə bilər.