Day.Az xəbər verir ki, Bloomberg agentliyinin hesabatında bildirilir ki, son dövrdə yaşanan dəyişikliklər nəticəsində Maskın sərvəti 118 milyard dollar azalaraq 957 milyard dollara enib.

Xatırladaq ki, iyunun 12-də SpaceX şirkətinin səhmlərinin ticarətə çıxarılmasından sonra Maskın sərvəti 1 trilyon dollar həddini aşmış və o, bu göstəriciyə çatan ilk şəxs kimi tarixə düşmüşdü.

Beləliklə, milyarder təxminən iki həftə ərzində qoruduğu trilyonçu statusu ilə vidalaşıb.