Mütəxəssislər bildirirlər ki, kəskin infeksion xəstəliklərdən əziyyət çəkən, yüksək hərarəti olan və ya ciddi xroniki xəstəlikləri olan şəxslərin qan verməsinə icazə verilmir.
Bundan başqa, hepatit B və C, HİV infeksiyası, bəzi ürək-damar xəstəlikləri, qan xəstəlikləri və onkoloji problemləri olan şəxslər daimi donor ola bilməzlər.
Həmçinin yaxın vaxtlarda cərrahi əməliyyat keçirən, tatu və ya pirsinq etdirən, hamilə olan və ya yeni doğuş etmiş qadınlar müəyyən müddət ərzində qan donorluğundan kənarlaşdırılırlar.
Həkimlər vurğulayırlar ki, qan verməzdən əvvəl hər bir namizəd tibbi müayinədən keçir və son qərar müayinənin nəticələrinə əsasən verilir. Donorun sağlam olması həm onun, həm də qan köçürüləcək şəxsin təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, Milli.Az-da yayımlanan sağlamlıq məlumatları yalnız məlumat xarakterlidir və həkim məsləhətini əvəz etmir. Diaqnoz və müalicə üçün mütləq həkiminizə müraciət edin.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий