Day.Az xarici mediaya istinadən xəbər verir ki, kiçik təyyarə naməlum səbəbdən magistral yola düşərək qəzaya uğrayıb və qısa müddət sonra alovlanıb.

Hadisə yerində olan şahidlər qəzanın qəfil və çox sürətli baş verdiyini bildiriblər.

Təyyarənin göyərtəsində 6 nəfərin olduğu açıqlanıb. Qəza nəticəsində onlardan biri həyatını itirib. Digər sərnişinlər isə müxtəlif dərəcəli xəsarətlərlə xilas ediliblər.

Hadisə zamanı bəzi şahidlər təyyarədən bir neçə yeniyetmənin və pilota bənzər şəxsin çıxdığını qeyd ediblər.

Sosial şəbəkələrdə yayılan görüntülərdə isə alov içində qalan təyyarənin yolda yan üstə düşdüyü və insanların xilasetmə üçün kabinəyə müdaxilə etdiyi anlar əks olunub.

Hazırda qəzanın səbəbləri araşdırılır.