- Страны Персидского залива приведены в полную боевую готовность из-за возможной атаки Ирана.
- На американских базах в Кувейте, Бахрейне, ОАЭ и Катаре объявлен наивысший уровень тревоги.
- Президент США Дональд Трамп обвинил Иран в атаке на американский вертолет Apache в Ормузском проливе.
- США начали наносить удары по целям на территории Ирана в ответ на атаку вертолета.
- Центральное командование ВС США подтвердило начало военных операций против Ирана.
Day.Az xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.
Məlumata görə, bölgədə yerləşən ABŞ hərbi bazalarında da ən yüksək həyəcan səviyyəsi elan olunub. Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki Amerika bazalarında təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd olunur ki, bu addım İranın regiondakı ABŞ obyektlərinə və müttəfiq ölkələrin ərazisində yerləşən hərbi infrastruktura mümkün hücum ehtimalı ilə bağlı atılıb.
Hazırda Körfəz ölkələrində strateji obyektlərin mühafizəsinin artırıldığı, hərbi qüvvələrin hazırlıq vəziyyətinə gətirildiyi və hava hücumundan müdafiə sistemlərinin gücləndirilmiş rejimdə fəaliyyət göstərdiyi bildirilir.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazı ərazisində Amerika helikopterinə zərbə endirməkdə ittiham etmişdi. Onun sözlərinə görə, ABŞ-nin bölgədə patrul xidməti aparan yüksək texnologiyalı "Apache" helikopterlərindən biri vurulub.
Tramp bildirib ki, helikopterin göyərtəsində olan iki pilot təhlükəsiz şəkildə xilas edilib və xəsarət almayıb. Bununla belə, ABŞ lideri Vaşinqtonun bu hücuma cavab verəcəyini bəyan edib.
Trampın açıqlamasından sonra ABŞ ordusunun İran ərazisində bir sıra hədəflərə zərbələr endirməyə başladığı bildirilib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı da Hörmüz boğazı üzərində "Apache" helikopterinin vurulmasından sonra İrana qarşı hərbi əməliyyatlara başlanıldığını açıqlayıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий