- В Милли Меджлисе обсуждается предложение повысить лимит штрафных баллов с 20 до 40-50 для профессиональных водителей и таксистов.
- Профессиональные водители проводят за рулем в 5-8 раз больше времени, чем обычные водители.
- Текущий лимит в 20 баллов создает неравные условия, так как профессиональные водители быстрее достигают порога лишения прав.
- Потеря водительских прав для таксистов означает потерю основного дохода и может привести к безработице и финансовым проблемам.
- Предложения включают повышение лимита, применение баллов только за грубые нарушения и штрафы за легкие нарушения при первом случае.
Day.Az Trend -ə istinadən xəbər verir ki, parlamentin bugünkü iclasında səsləndirilən təklifə əsasən, peşəkar sürücülər və taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün mövcud 20 ballıq limitin artırılması məqsədəuyğun hesab edilir.
Bildirilib ki, şəhərdaxili və bölgələrarası marşrutlarda çalışan sürücülər yollarda adi sürücülərlə müqayisədə 5-8 dəfə daha çox vaxt keçirirlər. Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sürücülük əsas gəlir mənbəyidir və onların böyük hissəsi ailəsinin yeganə qazanc sahibidir.
Müzakirələr zamanı qeyd olunub ki, uzun saatlar ərzində sükan arxasında olan sürücülər kiçik qayda pozuntularına görə daha sürətlə 20 ballıq həddə çatırlar. Nəticədə sürücülük hüququnun itirilməsi onların gəlir mənbəyindən məhrum olmasına, ailə büdcəsinə mənfi təsir göstərməsinə, bəzi hallarda isə işsizliyə və maliyyə problemlərinə səbəb olur.
Diqqətə çatdırılıb ki, mövcud 20 ballıq limit peşəsi sürücülük olan şəxslər üçün qeyri-bərabər şərait yaradır. Adi sürücülər alternativ nəqliyyat vasitələrindən istifadə edə bildiyi halda, peşəkar sürücülər sürücülük hüququnu itirdikdə gəlirlərini də itirmiş olurlar.
Təkliflər sırasında sürücülük hüququndan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılması, bal sisteminin yalnız kobud qayda pozuntularına tətbiq edilməsi və ilk dəfə törədilən yüngül pozuntular zamanı yalnız cərimə ilə kifayətlənilməsi kimi məsələlər yer alıb.
Комментарии
Загрузка…
Оставить комментарий