Day.Az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Qeyd edək ki, 26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb. 2025-2026-cı tədris ilində şagirdlərin yerdəyişməsi elektron sistemi vasitəsilə ölkə üzrə 146 min nəfərə yaxın şagirdin sorğusu təsdiqlənib.