- Премьер-министр Армении Никол Пашинян и президент Турции Реджеп Тайип Эрдоган провели телефонный разговор.
- Пашинян поздравил Эрдогана с праздником Курбан-байрам.
- Эрдоган поздравил Пашиняна с 51-летием.
- Стороны обсудили двустороннюю повестку и выразили удовлетворение активизацией контактов.
- Упомянуты визит вице-президента Турции в Армению, решение о прямых торговых процедурах и открытие железной дороги Ахалкалаки-Карс.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Ermənistanın hökumət başçısı Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib. Prezident Ərdoğan isə Baş nazir Paşinyanı 51 yaşının tamam olması münasibətilə təbrik edib", - deyə məlumatda bildirilib.
Qeyd olunur ki, tərəflər ikitərəfli gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıb və təmasların intensivləşməsindən məmnunluq ifadə ediblər.
"Xüsusilə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana səfəri, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət prosedurlarının qurulması barədə qərar, eləcə də Ermənistanın ixracı və ölkəyə idxalın həyata keçirilməsi məqsədilə Axalkalaki (Gürcüstan) - Qars (Türkiyə) dəmir yolunun açılması qeyd olunub", - deyə məlumatda bildirilir
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий