- Президент Шри-Ланки Анура Кумара Диссанаяке направил поздравительное письмо президенту Азербайджана Ильхаму Алиеву по случаю Дня независимости Азербайджана.
- В письме выражена надежда на дальнейшее укрепление дружественных отношений и сотрудничества между странами.
- Письмо опубликовано Day.Az со ссылкой на АЗЕРТАДЖ.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, məktubda qeyd olunub:
"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və xalqınıza öz adımdan, eləcə də Şri-Lanka Hökuməti və xalqı adından səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan dərin məmnunluğumu ifadə edirəm.
Şri-Lanka ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərinin və sıx əməkdaşlığın daha da genişlənməsi böyük məmnunluq doğurur. Əminəm ki, ölkələrimizin qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri gələcək illərdə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.
Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, böyük uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий