Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Şərq-Qərb Dəhlizi uğurla fəaliyyət göstərdiyini xatırladan dövlətimizin başçısı qeyd edib:

"Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də (2025-ci il - red.) Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək".