Bu barədə Day.Az xarici mediaya istinadən xəbər verir.

İttiham aktına görə, o, Vyananın Ernst Happel stadionunda keçiriləcək konsertə gələn tamaşaçılara hücum cəhdi ilə yanaşı, İŞİD terror qruplaşmasının yerli şəbəkəsini yaratmaqda və qəsdən adam öldürmə planında da təqsirli bilinib.

Məhkəmə prosesi zamanı Beren A. 2023-cü ildə qoşulduğu İŞİD-dən necə göstərişlər aldığını və partlayıcı qurğu hazırlamaq üçün etdiyi uğursuz cəhdləri etiraf edib.