17-20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı, "Birbank Biznes"in rəsmi tərəfdaşlığı ilə "Yerli şirkətlərin tanıtım sərgisi" keçiriləcək.

KOBİA sərginin təşkilatçılarından olmaqla yanaşı, tədbirdə xüsusi stendlə də təmsil olunacaq. Agentliyin stendində ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarlar iyunun 11-dək müvafiq formanı doldurmaqla Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölməsində "7-ci Yerli şirkətlərin tanıtım sərgisi" qeyd olunmalıdır).