- Крупные нефтегазовые компании США проявили интерес к участию в Бакинском энергетическом форуме.
- Бакинская энергетическая неделя объединяет 31-ю Международную выставку «Каспийская нефть и газ», 14-ю Международную выставку «Caspian Power» и 31-й Бакинский энергетический форум.
- Участие в Бакинской энергетической неделе подтвердили 274 компании из 45 стран, 35% участников будут впервые.
- Среди участников и спонсоров: ABB, BP, ExxonMobil, Nobel Energy, SLB, TotalEnergies, Türkiye Petrolleri, Axpo и другие.
- Официальный банк мероприятия — PASHA Bank, автомобильный спонсор — Azeri-Yurd, интеллектуальный партнёр — Boston Consulting Group, консультант — Deloitte.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bu barədə Bakı Enerji Həftəsinin layihə rəhbəri Nailə Əliyeva Bakı Enerji Həftəsi və "TransLogistica Caspian" sərgisinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Bakı Enerji Həftəsi 31-ci Beynəlxalq "Xəzər Neft və Qaz" sərgisini, 14-cü Beynəlxalq "Caspian Power" sərgisini və 31-ci Bakı Enerji Forumunu bir araya gətirir.
"Bu il Bakı Enerji Həftəsində iştirakını 45 ölkədən 274 şirkət təsdiqləyib. Bununla yanaşı, iştirakçıların 35 faizi sərgi və forumda ilk dəfə iştirak edəcək", - deyə o bildirib.
Onun sözlərinə görə, Almaniya və Rusiya milli pavilyonlarla təmsil olunacaqlar.
Layihə rəhbəri qeyd edib ki, tədbirin iştirakçıları və sponsorları sırasında ABB, BP, "ExxonMobil", "Nobel Energy", SLB, "TotalEnergies", "Türkiye Petrolleri", "Axpo" və digər beynəlxalq şirkətlər yer alır.
O həmçinin bildirib ki, tədbirin rəsmi bankı PASHA Bank, rəsmi avtomobil sponsoru "Azəri-Yurd", forumun intellektual tərəfdaşı "Boston Consulting Group", məsləhətçi tərəfdaşı isə "Deloitte"dir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий