- Азербайджан активно цифровизирует транспорт и логистику.
- В конце 2025 года президент подписал указ о цифровизации процессов в транспорте, логистике и торговле.
- Разрабатывается система 'цифровое единое окно', объединяющая всех участников логистической цепи.
- В Алятской свободной экономической зоне создается международный авиационный кластер мощностью 1,5 млн тонн грузов в год.
- В стране 9 международных аэропортов и крупнейший порт на Каспии — Бакинский морской порт.
Azərbaycan nəqliyyat və logistika sektorunu fəal şəkildə rəqəmsallaşdırır.
Trend -in verdiyi məlumata görə, bu barədə Baş nazirin müavini Şahin Mustafayev "Rusiya - İslam dünyası" (KazanForum-2026) Beynəlxalq İqtisadi Forumunda bildirib.
"2025-ci ilin sonunda Prezident İlham Əliyev nəqliyyat, logistika və ticarətdə proseslərin rəqəmsallaşdırılması haqqında fərman imzalayıb və bu çərçivədə "rəqəmsal vahid pəncərə" sistemi hazırlanır. Platforma logistika zəncirinin bütün iştirakçılarını birləşdirəcək və dəhlizlər boyunca tərəfdaş ölkələrin rəqəmsal sistemləri ilə inteqrasiya olunacaq. Eyni zamanda, müasir alətlər (TMS, ERP və digərləri) tətbiq olunur ki, bu da inzibati maneələri azaldacaq və şəffaflığı artıracaq", - deyə o qeyd edib.
Ş.Mustafayev həmçinin Ələt Azad İqtisadi Zonasında ildə 1,5 milyon ton yük daşıma qabiliyyətinə malik beynəlxalq aviasiya klasterinin yaradıldığını və bu klasterin bütün nəqliyyat növlərini birləşdirən multimodal mərkəzə çevriləcəyini açıqlayıb. Ölkədə doqquz beynəlxalq hava limanı və Xəzər dənizində ən böyük dəniz limanı olan Bakı Dəniz Limanı var və onun tutumu genişlənməyə davam edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий