Day.Az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayılıb.

Məlumata görə, əməliyyatlar çərçivəsində 767 kiloqram narkotik maddə və 3 milyon 340 min 726 ədəd narkotik müsadirə olunub, 1319 nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılanlardan 638-i barəsində həbs qətimkan tədbiri seçilib.

Mərkəzi İstanbul olmaqla 75 vilayətdə keçirilən bir-biri ilə əlaqələndirilmiş əməliyyatda ümumilikdə 1 980 əməliyyat qrupu, 4 950 əməkdaş, 43 xüsusi təlim keçmiş narkotik axtarış iti iştirak edib, 21 hava nəqliyyat vasitəsi səfərbər olunub.