"Şamaxı" klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb
"Şamaxı" klubu futbolçusu Həbib İsmayılovla yeni müqavilə bağlayıb. Bu barədə Day.Az-ə Azərbaycan Premyer Liqası təmsilçisindən məlumat verilib. H.İsmayılov növbəti iki mövsümdə də "Şamaxı"nın formasını geyinəcək. Qeyd edək ki, "Şamaxı" Premyer Liqanın 2025/2026 mövsümündə 38 xalla 8-ci olub.