Çayda boğulan yeniyetmənin meyiti sudan çıxarıldı
Qazaxda çayda boğulan 14 yaşlı yeniyetmənin meyiti tapılıb. Day.Az xəbər verir ki, rayonun Bala Çaylı kənd sakini 2012-ci il təvəllüdlü Murad Sadıqov kəndin ərazisindən keçən Coğaz çayında çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb. Araşdırma aparılır.