Bu gün İranın cənub-qərbində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunda 3 polis əməkdaşı öldürülüb. Day.Az bu barədə İran mediasına istinadən məlumat verib. Asayişi təmin edən polis əməkdaşlarının naməlum silahlılar tərəfindən öldürüldüyü bildirilir.