Bu ilin ilk 3 ayında xaricdə təhsil almış 10 nəfərin diplomunun saxta olduğu məlum olub. Day.Az Təhsildə Keyfiyyət Təminatı Agentliyinə istinadən xəbər verir ki, 2026-cı ilin ilk 3 ayında xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması üçün agentliyə 1305 müraciət daxil olub.