- В январе-июле 2024 года в Азербайджане добыто 15,543 млн тонн сырой нефти (включая газовый конденсат), что на 491 тыс. тонн (3,1%) меньше, чем за аналогичный период прошлого года.
- За отчетный период произведено 15,504 млн тонн товарной сырой нефти, что на 492,8 тыс. тонн (3,1%) меньше, чем годом ранее.
- За январь-июль 2024 года из Азербайджана экспортировано 14,428 млрд кубометров природного газа на сумму 4,882 млрд долларов США, что по стоимости на 7,3% меньше, а по объему на 0,1% больше, чем за аналогичный период прошлого года.
- Президент Ильхам Алиев заявил, что Азербайджан экспортирует природный газ в 16 стран.
- Министр энергетики Пярвиз Шахбазов отметил, что доля Азербайджана в общем объеме трубопроводного импорта газа в ЕС в прошлом году составила 8,1%.
Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Məlumata görə, hasilatın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 491 min ton və ya 3,1 faiz azalıb.
Ötən ilin yanvar-iyul aylarında ölkədə xam neft hasilatı 16,034 milyon ton təşkil edib.
Hesabat dövründə 15,504 milyon ton əmtəəlik xam neft hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 492,8 min ton və ya 3,1 faiz azdır.
Ötən ilin yanvar-iyul aylarında ölkədə 15,997 milyon ton əmtəəlik xam neft hasil olunub.
Ümumilikdə, Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 23,5 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən eyni səviyyədə qalıb.
Bundan başqa, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycandan 4,882 milyard ABŞ dolları dəyərində 14,428 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təbii qaz ixracının dəyəri 386,7 milyon ABŞ dolları və ya 7,3% azalıb, həcmi isə 18,019 milyon ton və ya 0,1% artıb.
Azərbaycan beynəlxalq enerji bazarlarında etibarlı təchizatçı mövqeyini daha da möhkəmləndirir. Bir sözlə, Azərbaycanın təbii qaz ixracının coğrafiyası da genişlənməkdə davam edir.
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində bildirib ki, hazırda Azərbaycan təbii qazı 16 ölkəyə ixrac edir.
"Bu gün Azərbaycan boru kəməri ilə qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir. Biz təbii qazı 16 ölkəyə nəql edirik. Onların sayı ilbəil artır və artmaqda davam edəcək. Neft təchizatı daha çox ölkələri əhatə edir və bu, hasilatçı, tranzit ölkələrə və istehlakçıların hamısına fayda gətirir. Beləliklə, bu, yaradılmış komanda işidir və həqiqətən, layihələrin mürəkkəb icrası, maliyyələşməsi, relyefi, qarşımızda olan müxtəlif siyasi maneələr baxımından unikaldır"
, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov isə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq" mövzusunda nazirlərin plenar sessiyasında deyib ki, ötən il Avropa İttifaqına boru kəməri idxal olunan qazın ümumi həcmində Azərbaycanın payı 8,1 faiz təşkil edib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın strateji əhəmiyyəti istehsal etdiyi enerjinin həcmi ilə deyil, regionları və bazarları nə dərəcədə səmərəli şəkildə birləşdirə bilməsi ilə müəyyən olunur.
"Azərbaycan 20-dən çox ölkəyə neft ixrac edir, Azərbaycan təbii qazını alan ölkələrin sayı isə 16-ya çatıb ki, bu da ölkəmizi boru kəməri qazı ixracının coğrafi əhatəsinə görə dünya liderləri sırasına çıxarır", - deyə nazir bildirib.
P.Şahbazov qeyd edib ki, ötən il Azərbaycanın payına Avropa İttifaqının boru kəməri qazı idxalının 8,1 faizi düşüb.
"Ötən il və cari ilin ilk dörd ayı ərzində Azərbaycan Avropaya 16,7 milyard kubmetr, Türkiyəyə 12,8 milyard kubmetr, Gürcüstana 3,3 milyard kubmetr, Suriyaya isə 800 milyon kubmetr qaz ixrac edib", - deyə o əlavə edib.
Комментарии
Загрузка…
Оставить комментарий