- Президент Азербайджана Ильхам Алиев направил поздравительное письмо президенту Индонезии Прабово Субианто по случаю Дня независимости Индонезии.
- В письме выражены поздравления от имени азербайджанского народа.
- Отмечены хорошие возможности для расширения сотрудничества в экономике, взаимных инвестициях, гуманитарной и других сферах.
- Выражена уверенность в укреплении азербайджано-индонезийской дружбы и сотрудничества.
- Пожелания здоровья, счастья и успехов президенту Индонезии, а также мира и процветания индонезийскому народу.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, məktubda qeyd olunub:
"17 Avqust - İndoneziya Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Hazırda Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı maraq doğuran bir sıra sahələr, xüsusilə də iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır. Əminəm ki, Azərbaycan-İndoneziya dostluğu və əməkdaşlığının xalqlarımızın rifahı naminə möhkəmlənməsinə nail olacağıq. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Комментарии
Загрузка…
Оставить комментарий